!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlunu döyüb evdən qovdu - 8 gündür itkindir - TƏFƏRRÜAT/FOTO

!Reklam – Yazi

Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb.

Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə Trend-ə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb:

“Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib”.

R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb:

“Oğlum Bakıya yola düşəndə cibində 33 manat pul olub. Anası onun yoxa çıxdığını anladıqda polisə müraciət edib. Polis əməkdaşları Emilin əl telefonu ilə əlaqə saxlayaraq öyrəniblər ki, o, Bakıdadır və işləmək üçün bura üz tutub. Bundan sonra Emillə əlaqə kəsilib”.

Yeniyetmənin atası əlavə edib ki, Emili sonuncu dəfə 9-cu mikrorayonda görüblər: “O, məşhur marketlərdən birinin qarşısında halsız vəziyyətdə pilləkəndə oturubmuş. Mən oğlumu iki ildi görmürəm, Emil, onu axtardığımı bilsə, öz xoşu ilə üzə çıxar. Onu görənlərdən 055 813 65 55 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirəm”./Trend/

 

 

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv