Oğlunu güllələdi, özü də intihar etdi

Rusiyada ailə münaqişəsi zəminində ata öncə oğlunu öldürməyə cəhd göstərib, daha sonra isə özü intihar edib.

Yenicag.az xəbər verir ki, insident fevralın 23-də paytaxt Moskvanın Veşnyaki rayonunda qeydə alınıb.

1941-ci il təvəllüdlü pensiyaçı ata pnevmatik silahla oğluna bir neçə atəş açıb. 1966-cı il təvəllüdlü kişi sağ qalsa da, intihar edən atanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda xəstəxanada olan oğulun həyati təhlükəsinin qalmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri açıqlanmır.

COP29