Oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düşən ana vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi Mehdili Niftalının anası Şirmayə Mehdiyeva vəfat edib.

Yenicag.az xəbər verir ki, şəhidin anası 59 yaşında yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Şirmayə xanım oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düşmüşdü.