Oğru aləminin qanunları: “Obşak” pulları necə qorunur?

Son il­lər tə­zə oğ­ru­lar ara­sın­da “blat­noy” sanksi­ya­nın daha biri mey­da­na çı­xıb. Bu, ma­liy­yə sanksi­ya­sı­dır. Onun prin­si­pi son də­rə­cə sa­də­dir: “səh­və yol ver­mi­sən­sə, zəh­mət çək, cə­ri­mə ödə”. Bu cə­ri­mə­lə­rin məb­lə­ği­ni də oğ­ru ic­ma­sı mü­əy­yən­ləş­dirir. Məb­ləğ hər­dən mil­yon dol­la­ra çatır.

Qə­dim za­man­lar­da sat­qın oğ­ru­nu yal­nız baş­qa bir oğ­ru öl­dü­rə bi­lər­di. İn­di isə zövqlər və qa­nun­lar bir ba­la­ca də­yi­şib. İn­di­ki “za­kon­nik­lər” çox şe­yi baş­qa­la­rı­nın əli ilə et­mə­yə üs­tün­lük ve­rir­lər. Elə bu sə­bəb­dən də əksər qə­rar­la­rın ic­ra­sı kil­ler­lə­rə tap­şı­rı­lır. Sat­qın­lar ara­sın­da hər­dən elə­lə­ri­nə rast gəl­mək olur ki, on­la­rı qət­lə ye­tir­mək üçün az qa­la qum­ba­ra atan­lar­dan və mi­na­lar­dan is­ti­fa­də et­mək la­zım gə­lir. İn­di­ki qa­nu­ni oğ­ru­lar çox vaxt can­gü­dən­lə­rin əha­tə­sin­də, zi­reh­li ma­şın­lar­da gə­zir­lər. Odur ki, “sxodka”nın qərarı ilə qanunu pozmuş be­lə­si­nin kəl­lə­si­ni pres al­tın­da qoy­maq bir qə­dər prob­le­mli­dir…

Oğ­ru məh­kə­mə­si çox qəd­dar­dır, la­kin onu ara­dan qal­dır­maq hə­lə heç kə­sin ağ­lı­na gəl­mir. Bir də­fə ta­nın­mış qa­nu­ni oğ­ru­lar­dan bi­ri be­lə bir söz de­miş­di:

“Döv­lə­tin adın­dan hökm çı­xa­ran­lar kim­lər­dir? Bir ne­çə nə­fər­dən iba­rət məh­kə­mə kol­le­gi­ya­sı. Biz­də isə qə­ra­rı azı əl­li oğ­ru çı­xa­rır. On­la­rın hər bi­ri bə­ra­bər hü­quq­la­ra ma­lik ha­kim­dir…”

…Ötən əsrin 70-ci il­lə­rinə­dək “obşa­k”a yal­nız ay­rı-ay­rı “zek­lər” de­yil, həm də bü­töv la­ger­lər pul ve­rir­di. Məb­ləğ ki­çik idi – hər zon­dan 150-200 ma­nat. Be­lə­lik­lə, ümu­mi, möh­kəm­lən­di­ril­miş və cid­di rejim­li is­lah mü­əs­si­sə­lə­ri “oso­bıy” və “krı­tı­la­rı” “qret” elə­yir­di. La­kin sər­bəst “ob­şak”­lar güc­lü ma­liy­yə struk­tur­la­rı­na çev­ri­lən­dən son­ra bu eh­ti­yac öz-özü­nə yox ol­du.

Fə­a­liy­yətə baş­la­ma­sı­nın ilk il­lə­rin­də sər­bəst “ob­şak” oğ­ru­la­rın kö­nül­lü ia­nə­lə­ri he­sa­bı­na zən­gin­lə­şir­di. Cib­gir­lər, “medvejatniklər” (seyfaçanlar), sax­ta pul kə­sən­lər, ev oğ­ru­la­rı, qu­mar­baz­lar və di­gər kri­mi­nal ele­mentlər öz qə­ni­mət­lə­ri­nin bir his­sə­si­ni (təxminən 20 % ni) “ob­şak­”la bö­lü­şür­dü­lər. Yı­ğıl­mış və­sa­i­tin hara­da sax­la­naca­ğı “sxod­ka­”da mü­əy­yən­ləş­di­ri­lir­di. Pul­la­rı əl­dən-ayaq­dan uzaq bir yer­də giz­lə­dil­miş sey­fə də yı­ğa bi­lər­di­lər. Oğ­ru­lar “sxod­ka­”da kas­si­ri se­çir və sey­fin açar­la­rı­nı ona təq­dim edir­di­lər. “Ob­şa­k”ın yi­yə­si olan hə­min bu oğ­ru kas­sa­nı qo­ru­maq­la məş­ğul olur­du.

Əl­bət­tə, pu­lu seyfdə sax­la­maq çox da eti­bar­lı sa­yı­la bil­məz­di. İs­tə­ni­lən “şni­fer” və ya­xud “med­ve­jat­nik” pu­lun ye­ri­ni bil­sə, hə­min sey­fi bir ne­çə də­qi­qə­yə açar­dı. La­kin oğ­ru kas­sa­sı bü­tün kri­mi­na­li­tet üçün şə­rəf işi, müqəddəs sa­yıl­dı­ğın­dan “ob­şa­k”a meyil sal­mış is­tə­ni­lən şəx­si yal­nız ölüm göz­lə­yir­di. Oğ­ru­la­rın “ob­şa­k”ı yox­la­maq üçün tə­yin et­di­yi mü­fət­tiş­lər kə­sir tap­say­dı­lar, əməl­li-baş­lı təh­qi­qat apa­rı­lır­dı. Adə­tən, pu­lun ha­ra yox ol­du­ğu­nu kas­si­rin özün­dən so­ru­şur­du­lar.

Bə­zən isə “ob­şa­k”ın pul­la­rı­nı “don­du­rur­du­lar”, yə­ni  uzun müd­də­tə giz­lə­dir­di­lər. Pul­la­rı giz­lət­mək üçün çox vaxt qə­bi­ris­tan­lıq­da­kı tə­zə qə­bir­lər­dən is­ti­fa­də olu­nur­du.

50-ci  il­lər­də be­lə bir ha­di­sə baş ver­miş­di. “Ob­şa­k”ın kas­sa­sı­na ba­xan kas­sir pu­lun çox cü­zi bir his­sə­si­ni giz­lin­cə mə­nim­sə­miş və və­sa­i­tin çatışmazlığı tə­sa­düf nə­ti­cə­sin­də aş­kar­lan­mış­dı. Oğ­ru pu­lu gö­tür­dü­yü­nü eti­raf et­miş və bir həf­tə­dən son­ra qay­ta­rıb, ye­ri­nə qo­yaca­ğı­na and iç­miş­di. “Brat­va” isə onun yol ver­di­yi bu gü­na­hı bağışladığını desə də, kas­si­ri əbədi “istirahətə” göndərmək haqqında qərar çıxartmışdı…

Mü­a­sir qa­nu­ni oğ­ru­lar öz hiss və hə­yə­can­la­rı­nı bir qay­da ola­raq, ar­xa pla­na ke­çi­rir, hər şey­də də­qiq haqq-he­sa­ba üs­tün­lük ver­mə­yə ça­lı­şır­lar. Bu ya­xın­lar­da həbsxa­na­dan qa­yı­da­raq, “brat­va” ilə məs­lə­hət­ləş­mə­dən “ob­şak” pul­la­rı­na üç­mər­tə­bə­li mülk alan bir oğ­ru­nun hə­rə­kə­ti­nə “sxod­ka” “za­pad­lo” qiy­mə­ti ver­miş­di. Bun­dan son­ra oğ­ru­ya tap­şır­mış­dı­lar ki, evi sat­sın və pu­lu­nu cə­ri­mə ilə bir­lik­də “ob­şa­k”a qay­tar­sın. Hə­min cə­ri­mə borcun özün­dən iki də­fə çox mü­əy­yən­ləş­di­ril­miş­di. Bü­tün bu əmə­liy­yat üçün oğ­ru­ya cə­misi bir sut­ka vaxt ve­ri­lir­di. Özü­nü itir­miş oğ­ru cərimənin məb­lə­ği­ni azaltma­ğa, ödə­mə­ni mü­əy­yən müd­də­tə tə­xi­rə sal­ma­ğa ça­lış­sa da, “sxodka” üzvləri ra­zı­laş­ma­mış­dı. Öl­mə­mək üçün o, özü­nün oğ­ru adın­dan is­ti­fa­də edə­rək, “ob­şak”­dan dəh­şət­li fa­iz­lər­lə kre­dit gö­tür­mə­yə məc­bur ol­muş­du. Borcu­nu ödə­yən oğ­ru son­ra­lar uzun müd­dət kre­di­ti qay­tar­maq üçün ça­lış­mış və de­yi­lən­lə­rə gö­rə, xey­li çək­sə də, o, “obşak”ın bor­cun­dan çı­xa­raq, ca­nı­nı sağ-sa­la­mat qur­tar­mış­dı…

Mü­a­sir, sər­bəst “ob­şak­”lar le­qal ma­liy­yə qu­ru­mu ki­mi fə­a­liy­yət gös­tər­mə­yə üs­tün­lük ve­rir­lər. Am­ma əsa­sən, bu cür fə­a­liy­yət müt­ləq axır­da bir qəm­bər­qu­lu ilə nə­ticə­lə­nir. Odur ki, belə “ob­şak­”la­rın ək­sə­riy­yə­ti ye­nə də giz­li şə­ra­it­də ya­şa­yır. Le­qal qu­rum­la­rın bank he­sa­bı­nı hər an həb­sə ala bi­lər­lər. So­vet döv­rün­də “ob­şak” pul­la­rı­nı adə­tən, əma­nət kas­sa­la­rın­da kri­mi­nal keç­mi­şi ol­ma­yan şəxslə­rin adı­na sax­la­yır­dı­lar. Pu­lu sax­la­ma­ğın bu eti­bar­lı üsu­lu ye­ni­dən­qur­ma əy­ya­mın­da öz eti­bar­sız­lı­ğı­nı sü­bu­ta ye­tir­di.

Bu gün mü­tə­xəs­sis­lə­rin de­di­yi­nə gö­rə, oğ­ru­lar nağd pu­lu inflya­si­ya fa­i­zi az olan val­yu­ta­da, dollarla sax­la­ma­ğa üs­tün­lük ve­rir­lər. Bu cür kas­sa­nı bir nə­fər yox, iki nə­fər qo­ru­yur. Bə­zi mə­lu­mat­la­ra əsa­sən, sər­bəst “ob­şa­k”ın mü­ha­fi­zə­çi­lə­ri iyir­mi nə­fə­rə­dək ar­ta bi­lər. On­la­rın ha­mı­sı “sxod­ka­”da se­çi­lir. Oğ­ru kas­sa­sı­nın mü­ha­fi­zə­si həm şə­rəf­li, həm də ki­fa­yət qə­dər gə­lir­li bir iş­dir. Bu iş oğ­ru əqi­də­si­nə son də­rə­cə sa­diq olan fa­na­tik­lə­rə tap­şı­rı­lır. Pu­lun sax­lan­ma ye­ri, onu “ob­şak”­dan çı­xar­tma­ğın yol­la­rı ba­rə­də yal­nız mü­ha­fi­zə­çi­lər mə­lu­mat­la­nır­lar. Hə­min mü­ha­fi­zə­çi­lər giz­li mən­zil­lər­də sax­ta pas­portlar­la ya­şa­yır və baş­qa bir kri­mi­nal fə­a­liy­yət­lə məş­ğul ol­mur­lar. “Ob­şa­k”ın təh­lü­kə­siz­lik sis­te­mi o qə­dər də­qiq tən­zim­lə­nir ki, hət­ta mü­ha­fi­zə­çi­lər ara­sın­da hər han­sı giz­li an­laş­ma da nə­ti­cə ve­rə bil­məz. Mü­ha­fi­zə­çi­lər və­sa­i­tə göz dik­miş, hət­ta ən hör­mət­li qa­nu­ni oğ­ru­nu be­lə qət­lə ye­ti­rə bi­lər­lər.

La­ger “ob­şa­k”ı özün­də mil­yon­lar­la dol­lar və­sa­it top­la­yan sər­bəst “ob­şak”­lar­la mü­qa­yi­sə­yə gə­lə bil­məz. Hör­mət­li “za­kon­nik­”lər­dən bi­ri Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­na gə­lən­dən son­ra Dol­qop­rud­nenski oğ­ru­la­rın­dan kö­mək məq­sə­di ilə 400 min dol­lar və­sa­it al­mış­dı. Söy­lə­yir­lər ki, hə­min oğ­ru pu­lu alan­dan son­ra tə­əs­süf­lə kök­sü­nü ötür­müş­dü. Çün­ki o, məb­lə­ğin da­ha bö­yük ola­ca­ğı­nı gü­man edir­di.

Sər­bəst “ob­şak” nar­ko­biz­nes üz­rə miq­yas­lı əmə­liy­yat­la­rı ma­liy­yə­ləş­di­rir, yük­sək çin­li döv­lət mə­mur­la­rı­nı rüş­vət­lə ələ alır, hə­lak ol­muş av­to­ri­tet­lə­rin ai­lə­lə­ri­nə tə­qa­üd ve­rir. Bə­zi mə­lu­mat­la­ra əsa­sən, bu tə­qa­ü­dün məb­lə­ği ay­da 1000 dol­lar­la 5 min dol­lar ara­sın­da­dır. Bun­dan sa­va­yı da­xi­li iş­lər or­qan­la­rın­da və pro­ku­ror­luq­da­kı “öz” adam­la­rı­nın xid­mə­ti də elə “ob­şak”­dan ödə­nir. Yer­li “ob­şa­k”ın pu­lu­nu bir ne­çə qa­nu­ni oğ­ru­dan iba­rət oğ­ru ic­ma­sı bö­lüş­dü­rür. Am­ma re­gi­o­nal kas­sa­la­rın və­sa­i­ti elə re­gi­o­nal “sxod­ka­”lar­da bö­lü­nür.

Oğ­ru dün­ya­sı iq­ti­sa­di şpi­o­na­jın hə­ya­ta ke­çi­ril­mə­si­nə də dəh­şət­li pul­lar sərf edir. Yük­səkix­ti­sas­lı mü­tə­xəs­sis­lər müx­tə­lif sə­na­ye mü­əs­si­sə­lə­ri­nin, sı­ğor­ta qu­rum­la­rı­nın, şir­kət­lə­rin “rentge­ni” ilə məş­ğul ola­raq ob­yekt ba­rə­də bü­tün mə­lu­mat­la­rı top­la­yır­lar. Həm mü­əs­si­sə, həm ona rəh­bər­lik edən şəxslə­rin hə­ya­tın­da bir­cə də­nə qa­ran­lıq mə­qam be­lə qal­mır. Bü­tün bu mə­lu­mat­lar “za­kon­nik”­lə­rin qa­ba­ğı­na qo­yu­lur, on­lar isə təd­qi­qat ob­yek­ti­nin fə­a­liy­yə­tin­də­ki boş­luq­la­rı o də­qi­qə aş­kar­la­ya­raq, gə­lə­cək fə­a­liy­yət­lə­ri üçün zə­min ya­radırlar.

***

… 60 yaş­lı “Tsi­rul” lə­qəb­li Pa­vel Za­xa­rov Mosk­va ət­ra­fı­nın ba­ha­lı ra­yon­la­rın­dan bi­rin­də üç­mər­tə­bə­li mülk ucal­da­raq, onu ikimetr­lik be­ton ha­sar­la əha­tə­yə al­mış­dı. Tsi­rul Mosk­va “ob­şa­k”ı­na ba­xır­dı. 1995-­ci il­də Fe­de­ral Təh­lü­kə­siz­lik Xid­mə­ti­nin dö­yüş böl­mə­si Pa­şa Tsi­ru­lun ma­li­ka­nə­si­nə hü­cum et­di və içəri soxulan əmə­liy­ya­t iş­ti­rak­çı­la­rı Ru­si­ya­nın ən yaş­lı oğ­ru­su­nun ya­şa­dı­ğı təm­tə­ra­ğa məət­təl qal­dı­lar: al­man san­tex­ni­ka­sı, ən müa­sir vi­deo­tə­chi­zat, na­dir tablo, antikvariat və ki­tab­lar­dan iba­rət bö­yük kol­lek­si­ya… Ax­ta­rış vax­tı “za­kon­nik”­dən ta­pan­ça da çıx­dı. İs­tin­taq­da Tsi­rul bə­yan elə­di ki, ta­pan­ça­nı onun əş­ya­la­rı­nın ara­sı­na əmə­liy­yat­çı­lar atıb­lar ki, “brat­va” qar­şı­sın­da hör­mət­dən sal­sın­lar…

­Ye­ni oğ­ru­lar öz sə­ləf­lə­rin­dən fərq­li ola­raq, öz­lə­ri de­mək olar ki, “i­şə” çıx­mır­lar. Re­ket, müx­tə­lif ma­liy­yə fı­rıl­daq­la­rı­nı ət­raf­la­rın­da­kı sı­ra­vi adam­la­ra tap­şı­rır­lar. Bu cür oğrunu, av­to­ri­te­ti zo­na­ya yol­la­maq müş­kül bir işə çev­ri­lir. Çün­ki bir qay­da ola­raq nə şa­hid ta­pı­lır, nə də ki, sü­but. Oğ­ru bir qay­da ola­raq, öz “mal­ya­va” və “ksi­va”­la­rın­dan savayı heç nə­yə im­za at­mır. Əgər on­la­rı həbs et­mək be­lə is­tə­sən, cə­miy­yə­tin ən nü­fuz­lu şəxs­lə­ri bir göz qır­pı­mın­da eti­raz səs­lə­ri­ni ucal­dır­lar.

Reketçlik və si­lah gəz­dir­mək­də it­ti­ham olu­nan Pa­şa Tsi­rul is­tin­taq baş­la­yan­dan iki ay son­ra məhkəməyə gətirilərkən tanınmış vəkillərin səyi nəticəsində yal­nız nar­ko­tik­dən is­ti­fa­də et­mək­də gü­nah­lan­dı­rı­lır­dı…və  bir neçə həftədən sonra məhbəs kamerasında dünyasını dəyişdi…Onun saxladığı “obşaq”da onlarla oğrunun, avtoritetin pulları qorunurdu. Həmin milyonların haraya qeyb olduğu indiyədək sirr olaraq qalır.

… Oğ­ru kla­nı mi­lis­lə, pro­ku­ror­luq­la, Təh­lü­kə­siz­lik Xid­mə­ti­lə hər cür əla­qə­lə­rə nif­rət edir və be­lə cəhd­lər cəzasız qalmırdı. “Za­kon­nik” is­tin­taq vax­tı bic­lik iş­lə­də­rək özü­nü əmə­liy­yat­çı­lar­la əmək­daş­lıq edən ki­mi gös­tə­rə bi­lər­di, am­ma bu, yal­nız baş­qa bir oğrunu, av­to­ri­te­ti zər­bə­dən ya­yın­dır­maq üçün edil­səy­di, məq­bul sa­yı­lır­dı. “Za­kon­nik”­lə­rin mi­li­sə və ümu­miy­yət­lə, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na nif­rə­ti bi­ne­yi-­qə­dim­dən gə­lir­di. Tə­sa­dü­fi de­yil ki, ta­tui­rov­ka­la­rın azı ya­rı­sı elə bu nif­rə­tə həsr olun­muş­du. Ümu­miy­yət­lə, Sİ­ZO-­dan kə­nar­da qa­nu­ni oğ­ru­nun mi­lis­lə hər bir kon­tak­tı ə­skik­lik kimi qiymətləndirilirdi. Öz işi­nə sa­diq, yük­sək mə­nə­viy­yat­lı əmə­liy­yat­çı­la­rın hör­mə­ti­ni sax­la­sa­lar da, nif­rət­lə­ri­ni giz­lət­mir­di­lər. Mi­li­sə nif­rət o də­rə­cə­də idi ki, “za­kon­nik” hət­ta av­to­mo­bil qə­za­sı­na düş­müş “men­tə” be­lə yar­dım əli­ni uza­da bil­məz­di.

­Mi­lis iş­çi­lə­ri və təh­lü­kə­siz­lik or­qan­la­rı ilə əla­qə­yə gö­rə “blat­noy­la­r”ı ən ağır sank­si­ya­ – ölüm göz­lə­yirdi. Be­lə bir ha­di­sə mə­lum­dur ki, 1972-­ci il­də Vo­ro­nej­li qa­nu­ni oğ­ru Vla­di­mir Qu­ba­no­vu is­tin­taq vax­tı şan­taj edə bil­miş­di­lər. İs­tin­taq onun tö­rət­di­yi qətl ha­di­sə­si­nin üs­tü­nü aç­mış­dı. Mə­lum ol­muş­du ki, “Q­lu­pıy” lə­qəb­li qa­nu­ni oğ­ru ad al­ma­mış­dan oğur­luq üçün gir­di­yi mən­zi­lin qəf­lə­tən oyan­mış sa­hi­bi­ni qət­lə ye­ti­rib. Bu əmə­li­nə gö­rə Qu­ba­no­va ölüm cə­za­sı kə­sil­mə­liy­di. Müs­tən­tiq­lər oğ­ru­ya söz ve­rir­lər ki, özü­nün “po­del­nik­”lə­ri ba­rə­də da­nış­sa, gül­lə­dən ca­nı­nı qur­ta­ra bi­lər. On­la­rı Qu­ba­no­vun bü­tün “po­del­nik”­lə­ri de­yil, oğur­luq əş­ya­la­rın al­ve­ri ilə məş­ğul olan bir “ba­rı­qa” ma­raq­lan­dı­rır­dı. Əv­vəl­cə Qlu­pıy bu mə­sə­lə­ni mü­za­ki­rə et­mək­dən ümu­miy­yət­lə, bo­yun qa­çır­tdı. Am­ma iş ye­kun­laş­dı­rı­lıb, məh­kə­mə üçün ha­zır olan­da əməl­li-­baş­lı hə­yə­can­lan­dı. Oğ­ru­nu ar­tıq is­tin­ta­qa ça­ğı­ran da yox idi. Qu­ba­nov is­tin­taq təc­rid­xa­na­sı­nın nə­za­rət­çi­si va­si­tə­si­lə müs­tən­ti­qə “mal­ya­va” çat­dı­ra­raq, onun­la gö­rüş­mək is­tə­di­yi­ni bil­dir­di…­

İ­ki gün­dən son­ra Qlu­pı­nı hə­ya­tı­nın so­nun­cu din­dir­mə­si­nə ça­ğır­dı­lar. Müs­tən­tiq yal­nız bu­nu de­di ki, və­tən­daş Qu­ba­nov, iş­-iş­dən ke­çib.

Qar­şı­da məh­kə­mə du­rur­du. Məh­kə­mə­də isə oğ­ru və­ki­li­nin kö­mə­yi ilə gül­lə­lən­mə­dən can qur­ta­ra bil­di. Və­kil “qəs­dən adam öl­dür­mə” mad­də­si­ni “ö­lü­mə sə­bəb olan ağır bə­dən xə­sa­rə­ti yetirmə” mad­də­si­nə də­yi­şə bil­miş­di. Re­si­di­vis­tə 13 il iş ver­di­lər, o da çox yük­sək əh­val-­ru­hiy­yə­də zo­na­ya yol­lan­dı. Am­ma Qu­ba­no­vun mi­lis­lə şəx­si kon­tak­tı oğruların diq­qətin­dən ya­yın­ma­mış­dı. Bir ne­çə ay­dan son­ra onun cə­sə­di­ni zo­nun me­xa­ni­ki se­xin­də tap­dı­lar. Kri­mi­nal av­to­ri­te­tin ba­şı bir-neçə ton­luq pre­sin al­tın­da qa­lıb əzil­miş­di. Pro­ku­ror­lu­ğun gəl­di­yi qə­naət çox yığ­cam ol­du: “təh­lü­kə­siz­lik tex­ni­ka­sı­nın ko­bud şə­kil­də po­zul­ma­sı…”

­ Ardı var…

Bəhram Çələbi

 

COP29