Oğru ev sahibini baltaladı – Bakıda dəhşətli cinayət

Bakıda evə oğurluğa girın şəxs ev sahibini baltalayıb.

Yenicag.az xəbər verir ki, axşam evinə gələn 58 yaşlı Əliyev Nizami Əliəsgər oğlu evində iki nəfər naməlum şəxsin olduğunu görüb. Oğrulardan biri balta ilə onun baş nahiyyəsinə zərbələr endirib. O, xəstəxanya gətirilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.