Oğru ev sahibini bıçaqladı – Fotolar

Quldurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini İlkin Xanteymurov tutulub.

Yenicag.az-a daxil olan məlumata görə, yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan ev sahibini boğmağa cəhd göstərib. Daha sonra o, ev sahibinin oğluna bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov saxlanılıb.

Yenicag.az