“Oğru gələndə anam evdə olub” – Evi qarət olunan aktyor

Bakıda tanınmış aktyor Elnur Kərimovun evindən oğurluq olub.

Yenicag.az-a açıqlama verən aktyor hadisə ilə bağlı təfərrüatları açıqlayıb:

“Biz qardaşım oğlunun qız toyuna getmişdik, hadisə də elə həmin vaxt olub. Binanın birinci mərtəbəsində biz, ikinci mərtəbəsində isə anam qalır. Ailə böyük olduğundan şəhərdə kirayə qalırdım. Toydan qayıdanda gördük ki, qapının girişində yerdə bir-iki dollar var. Məəttəl qaldıq ki, bu nədir? Pəncərə də açıq idi, fikirləşdik ki, yəqin toya gedəndə pəncərəni açıq qoymuşuq. Yataq otağına daxil olanda hər şey bəlli oldu. Oğrunun ayaq izləri də vardı, paltarların üstünə ayaqqabı ilə çıxmışdı. Baxdıq ki, çantada qızıllar, şkafdakı paltarların cibində isə pullar yoxdur. Oğurlananların ümumi dəyəri 7 min manatdır. 2 min nəğd pul, və 5 min dəyərində olan qız zinət əşyaları. O zinət əşyalarının arasında bacımın, qardaşımın da qızılları olub. Polisə məlumat verdik. Polis də dedi ki, oğrular sizin evdə olmayacağınızdan əvvəlcədən xəbərdar imiş”.

E.Kərimovun sözlərinə görə, hadisə baş verən gün anası ikinci mərtəbədəki evdə olub:

“Anamın səhhətində problemlər olduğundan onu toya aparmadıq. Həkim çağırdıq, dava-dərman olundu. Hətta qonşudan bir nəfər yanında qaldı. Amma hadisə baş verən vaxt qonşu anamın yanında olmayıb. Hadisə gecə saat 9-10 arası baş verib. Həmin vaxt anam evə işıq düşdüynü görüb və bizə zəng edib. Telefonda dedi ki, evə işıq düşdü, nəsə şübhələndiyi üçün narahat idi. Amma polislər deyir ki, işıq dayanacqdakı maşınların da işığı ola bilər. Hələ ki, oğrulardan xəbər-ətər yoxdur, gözləyirik”.

Qeyd edək ki, faktla bağlı araşdırma başladılıb.

Cəvahir

COP29