Oğru iş başında yaxalandı-Metroda

58257Bakı metrosunda cinayət törədilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, törədilən cinayətin üztü isti izlərlə açılıb.

Əməliyyat Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə polis şöbəsinin Cinayət axtarış qrupu əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 4-də saat 12:40 radələrində, metronun “28 May” stansiyasında Bakı şəhər sakini Afi Aslanovanın cibindən mobil telefonu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Rasim Nəcəfov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan Rasim Nəcəfov əvvəllər də məhkumluq həyatı yaşayıb.