Oğru kameralardan gizlənmək üçün elə bir şey etdi ki…-Video

photo_48785Adanada bir mənzilə oğurluq məqsədiylə girən Murat Yalçın, təhlükəsizlik kameralarına düşməmək üçün maraqlı üsula əl atıb.

Belə ki, kameraların işlədiyini görən oğru, başına plastik vedrə keçirib. Özü ilə gətirdiyi süpürgə ilə isə kameranın istiqamətini dəyişib.

Məlum olub ki, Murat Yalçın əvvəllərdə oğurluq cinayəti ilə həbs olunub(Bizimyol).