Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.
Yenicag.az xəbər verir ki, hadisə şəhər ərazində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib.
Belə ki, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək edək ki, intihar edən qadın bu ilin may ayının 15-də özünə həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal tapladığı üçün özünü 14 mərtəbəli binanın damından ataraq intihar etmişdi.
Faktla bağlı araşdırma aparılır./Report/