Oğul anasını öldürüb həyətində basdırdı – YEVLAXDA

116435_res_01Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(Report).