Reklam

Reklam

bicaqlanmaBakıda oğul anasının boğazını kəsib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Savalan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən yaşayış evində kirayə yaşayan 45 yaşlı Bəkirova Fərqanə Ələsgər qızı oğlu ilə mübahisə edib. Nəticədə F.Bəkirova oğlunun bıçaqlı hücumuna məruz qalıb. F.Bəkirovanın boğazı kəsilib. O, digər oğlunun köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Bəkirova əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilib.

F.Bəkirova cərrahiyyə əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına izahat verərkən oğlunun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini və ondan şikayətçi olmadığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 75
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."