!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğul atasını döyərək öldürdü - Azərbaycanda

!Reklam – Yazi

Atasını döyərək qətlə yetirməkdə şübhəli bilinən Cəlilabad rayonunun Göytəpə şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

www.yenicag.az

10604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv