Şanlıurfada uşaqları tərəfindən bıçaqlanan ata iki oğlunu tapança ilə güllələyib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfada Ramazan B. 26 yaşlı oğlu Fatih və ondan bir yaş kiçik oğlu Gökhan ilə pul üstündə mübahisə edib. Mübahisə zamanı iki qardaş atalarına bıçaq xəsarətləri yetiriblər.
Yaralı vəziyyətdə oğlanlarının əlindən çıxan ata belindəki tapançanı çıxarıb hər iki oğlunu güllələyib .
Ağır yaralanan qardaşlar hadisə yerinə gələn Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Ağır yaralanan 26 yaşlı Fatih B.-nın həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Qardaşının isə vəziyyətinin ağır olduğu bildirilir.
İki oğlunu tapança ilə vurduqdan sonra qonşuda gizlənərək qaçmağa çalışan ata polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.