!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğurlanan milyarder tapıldı

!Reklam – Yazi

Tanzaniyada oğurlanmış “Mohammed Enterprises Tanzania Ltd” kompaniyasının sahibi milyarder Məhəmməd Dyuci sağ-salamat evinə qayıdıb.

Yenicag.az xəbər verir ki, gənc milyarderin hansı şəraitdə və nə vaxt azad edildiyi, eləcə də hadisənin motivləri bildirilmir.

Xatırladaq ki, oktyabrın 11-də biznesmen məşq etmək üçün Dar-əs-Salam şəhərinin nüfuzlu otellərinin birində yerləşən idman zalına gedərkən bir neçə maskalı şəxsin hücumuna məruz qalmışdı. Havaya atəş açan silahlılar onu zorla avtomobilə mindirərək naməlum istiqamətdə aparmışdılar.

Polis avtomobilin nömrə nişanını və sürücünün şəxsiyyətini müəyyən etsə də, onu tapmağa müvəffəq olmamışdı. Kompaniya milyarderin axtarışına yardım edəcək hər hansı bir informasiyaya görə 1 milyard Tanzaniya şillinqi (təxminən 436 min dollar) həcmində mükafat vəd etmişdi.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, 43 yaşlı Dyucini Afrikanın ən gənc, Tanzaniyanın isə yeganə milyarderidir. Varidatı 1,5 milyard dollar həcmində qiymətləndirilən gənc milyarder 1970-ci ildə atası tərəfindən əsası qoyulan “METL Group” kompaniyasına rəhbərlik edir. Kompaniya ticarət, telekommunikasiya, maliyyə xidmətləri, energetika, logistika və digər istiqamətlərdə fəaliyyət göstərir.

www.yenicag.az

1772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv