Oğurlanan sərnişin təyyarəsi qəzaya uğradı – VİDEO

ABŞ-ın Sahil Mühafizə Xidmətinə Sietl şəhərindən “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarənin qaçırılması barədə məlumat daxil olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, sərnişin təyyarəsini təqib etmək üçün iki F-15 qırıcısı göndərilib.

15 dəqiqə sonra isə Vaşinqton ştatında Ketron adası yaxınlığında təyyarənin qəzaya uğraması barədə xəbər daxil olub. Hadisə yerinə xilasedicilər yola düşüb.

Oğurlanan təyyarənin göyərtəsində sərnişin olmadığı bildirilib.