!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğurluq edən 11-ci sinif şagirdləri tutuldu

!Reklam – Yazi

Ağdam rayonunda mənzildən oğurluq edən məktəb şagirdləri tutulub.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini olan bir nəfər qadın dekabrın 6-da rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək evindən 5000 manat pul və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilən tədbirlərlə dekabrın 28-də oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Talıbov Kənan Gülağa oğlu və Salmanov Allahyar Qərib oğlu saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.

Oğurlanan pulun bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Report)

www.yenicag.az

2087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv