Sabunçu rayonunda narkotiklə tutulan şəxslərin oğurluq etməsinin üstü açılıb.
Yenicag.az xəbər veriri ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.Fərəcovdan və Z.Mustafayevdən heroin aşkar edilərək götürülüb.
Daha sonra onun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Sabunçu qəsəbəsindəki evlərin birindən 12.000 manat, 400 ABŞ dolları pul, 1000 manat dəyərində qızıl-zinət və 2000 manat dəyərində məişət əşyaları, digər evdən isə 5000 manat dəyərində su qızdırıcısı, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilib.
Araşdırma davam etdirilir.