Oğurluq edən Muhammed Ali saxlanıldı

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də Bakı şəhər sakini M.Məmmədovun içərisində pulu, sənədi və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş M.Muhammed Ali müəyyən edilərək saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma aparılır.