Oğurluq etdiyi üçün saxlanılan şəxsin üzərindən narkotik çıxdı

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxsin üzərində heroin aşkarlanıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabını oğurlaması da müəyyən olunub.