Avstraliyada naməlum şəxsin oğurlanmış helikopterlə səyahəti fəlakətlə başa çatıb.
Yenicag.az xəbər verir ki, uçuş icazəsi olmayan helikopter otelin damına çırpılıb və onu idarə edən şəxs dünyasını dəyişib.
Bildirilib ki, hadisə Avstraliyanın Kvinslend əyalətində baş verib.
ABC News-un məlumatına görə, helikopterin sahibi “Nautilus Aviation” helikopterin oğurlandığını və uçuşun icazəsiz həyata keçirildiyini açıqlayıb. Kvinslend polisi Şeyn Holms mətbuata verdiyi açıqlamada qəzaya uğrayan helikopterdəki pilotun öldüyünü deyib.
Pilotun helikopteri oğurladığını və uçuş icazəsi almadığını bildirən Holms helikopterin Kvinslenddə bir otelin damına düşdüyünü və 400-ə yaxın adamın oteldən təxliyyə edildiyini bildirib. Holms helikopterin iki pərvanəsinin qırıldığını və pilotun şəxsiyyətinin hələ müəyyən edilmədiyini, hadisə ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
İsmayıl Bakuvi