Oğurluq maşınla polisdən qaçan azərbaycanlı saxlanılıb – Leninqradda

Rusiyada polisdən qaçan Azərbaycan vətəndaşı saxlanılıb.

Yenicag.az xəbər verir ki, hadisə dekabrın 29-da Leninqradda qeydə alınıb. İlham adlı 34 yaşlı Azərbaycan vətəndaşı axşam saatlarında Kiyev şossesində yol polisi əməkdaşlarının “saxla!” əmrinə tabe olmayaraq hərəkətə davam edib. Lakin o, polisin bir qədər təqibindən sonra tıxaca düşüb və maşından düşərək qaçıb. Bununla belə o, polislərin səyi nəticəsində saxlanılıb.

Məlum olub ki, İlhamın idarə etdiyi “Kia” markalı avtomobil dekabrın 28-də Peterburqun Nevski rayonunda oğurlanıb.