Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini N.Daşdəmirov bir neçə il öncə dünyasını dəyişən babasından qalan, R.Qarayev isə tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.