Oğuz sakinindən odlu silah götürüldü

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah saxlayan A.Məmmədli saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən tapança aşkarlanıb.

Saxlanılan şəxs silahı tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.