!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuz Suvarma Sistemləri İdarəsinin yeni gəlir mənbəyi

!Reklam – Yazi

m,nmn mmNizami Əhmədov niyə çaylarda suların qalxmaması üçün nəzir deyib?

Oğuz rayonundan Yenicag.az-a maraqlı məlumat daxil olub. Həmin məlumatda deyilir ki, əli həmişə pul ilə oynadığı üçün gəlirsiz dayana bilməyən Suvarma Sistemləri İdarəsinin müdiri Nizami Əhmədov pul qazanmağın yeni növün tapıb.

İddiaya görə, idarə müdiri Suvarma Sisitemləri İdarəsinin balansında olan texnikaları, traktorları, yük aftomobillərini yerli və qonşu rayonlardakı sahibkarlara icarəyə verir və Nizami Əhmədov idarənin texnikalarının icarəsindən ay ərzində 5 min manatdan çox qazanc əldə edir.

Hətta bu yaxınlarda Oğuzda idarə müdirləri ilə söhbət əsnasında Nizami Əhmədovun “nəzir demişəm və həmdəki sizlərə qonaqlıq verəcəm, bu il çaylarda sel olmasın” dediyi iddia olunur.

İdarə müdirinin çaylarda sel olmaq əndişəsinin səbəbinin Suvarma Sistemləri İdarəsinin Turan çay sistemindəki çay yatağının lazımı qaydada təmizlənməməsi ilə izah edilir. Belə ki, Nizami Əhmədov Xal-xal, Qala və Oğuz çay sistemlərinin yataqlarını təmizlətdirsədə, Turan çay yatağının təmzilənməsi işini sona qədər çatdırmayıb. Baxmayaraq ki, təmizilənmə əməliyyatları üçün Suvarma Sistemləri İdarəsinə dövlətdən yüz min manatlarala vəsaitin ayrılır.

Mənbəmiz bildirir ki, suvarma sistemləri ilə məşğul olan idarələrin böyük gəlir mənbəyi məhz təmizlənmə əməliyyatıdır. İndi isə Turan çay yatağının bir çox hissələrində təmzilənmə əməliyyatının həyata keçirməyən Nizami Əhmədov sel sularının olacağından əndişələnir.

Xatırladaq ki, idarə müdiri Nizami Əhmədov Oğuz rayon icra başçısının illik hesabatında bildirib ki, Suvarma Sistemləri İdarəsi Turan çay sistemində 381 min m3 çay yatağının təmizlənmə işləri aparılmış və hazırda da işlər davam edir.

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv