Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oğuza istirahətə gedənlər cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gələn şəxslərin müəyyən edilərək barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqları aşkar edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

www.yenicag.az

321
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100