Bu gün saat 10:30 radələrində Oğuz rayonu Padar kənd sakini 1996-cı il təvəllüdlü Rəvanə Nofəl qızı Dadaşova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, müayinə zamanı 21 yaşlı Rəvanə Dadaşovanın intihar etmək məqsədi ilə sirkə turşusu içdiyi məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Dadaşovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Məlumatda o da bildirilir ki, Rəvanə Dadaşova valideynlərinin istədiyi oğlanla ailə qurmasına icazə verməməsinə etiraz edərək sirkə turşusu qəbul edib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.