Oğuz rayonunun Mollalı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb