Oğuzda çaqqallar insanları parçalayıb – VİDEO

Oğuz rayonunda çaqqal insanlara hücum edib.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı vəhşi heyvan 3 nəfəri yaralayıb.

Yaşadıqları həyətyanı sahəyə soxulan heyvan, həyətdə söhbət edən qadınlardan biri – 33 yaşlı Aynur İbrahimovanı qol və ayağından yaralayıb

Həyətdəkilərin qışqırıq səsini eşidənlər köməyə gəliblər. Bu zaman çaqqal onların üstünə hücum çəkib.

Xəsarət alan şəxslər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilk tibbi yardim göstərilib, quduzluq əleyhinə iynə vurulub.

Sakinlər son vaxtlar kənddə çaqqal və canavar hücumlarının sayını artdığını bildiriblər.

Aynur İbrahimova – Zərərçəkən: “Söhbət edərkən gəldi tutdu. Birinci qılçımdan sonra da qolumdan yapışdı”.

Xəyalə Müzəffərova – Sakin: “Biz qışqırdıq, daş atdıq buraxmadı. Qılçından buraxdı, qolundan yapışdı. Uşaq daş atandan sonra buraxdı”.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

COP29