!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda əri qadını xəstəxanalıq etdi

!Reklam – Yazi

Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb.

Yenicag.az-ın məlumatına görə, mayın 31-i saat 21.00 radələrində rayonun Qumlaq kənd sakini, 1971-ci il təvəllüdlü Məhbubə Kərim qızı Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Oğuz MRX-da ilkin tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, Məhbubə Xəlilovanı əri, 1960-cı il təvəllüdlü Osman Vəlyəddin oğlu Xəlilov münaqişə zəminində döyüb.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

5038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv