Oğuzda yaşayış evi yanıb.
Yenicag.az xəbər verir ki, yanğın hadisəsi ötən gün gecə saatlarında Oğuz rayon Kərimli kəndində, kənd sakini 1966-cı il təvəllüdlü Həsənov Əlxan Şahid oğluna məxsus fərdi yaşayış evində baş verib.
Yanğın yetinə Oğuz rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 k/m olan fərdi yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb./unikal