Oğuzda meşə yanğını – FOTOLAR

Oğuz rayonun dağlıq-meşəlik ərazisində yanğın baş verib. 

Yenicag.az xəbər verir ki, yanğın Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən çaykənarı ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. /Report/