Oğuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, əməliyyatla üç nəfər-Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.