Oğuz rayonunun Bucaq kəndində bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan rayon sakini, 1974-cü il təvəllüdlü Siyavuş Nurəddin oğlu İslamov yerindəcə dünyasını dəyişib. Hadisəni törədən Şəki rayon sakini Elnur Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb.