!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzhan Akyener: “İrandan qaz idxalını dayandırmaq Türkiyə üçün sərfəli deyil”

!Reklam – Yazi

Türkiyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qismən qoşulub.

Yenicag.az-ın məlumatına görə, Türkiyənin ən böyük neft idxalçısı və emaledicisi olan “Tüpraş” şirkəti may ayında ABŞ-ın İran əleyhinə sanksiyaların gücləndiriləcəyini bəyan etməsindən sonra İrandan neft idxalının həcmini azaldıb.

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatında qeyd olunur ki, “Tüpraş” 2018-ci ilin ilk dörd ayı ərzində İrandan hər gün 187,196 barel neft idxal edib.

Bununla belə, bu günlərdə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarına cavabında bildirib ki, ölkəsi ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacaq.

Türkiyəli ekspert, Enerji siyasəti və strategiyası üzrə tədqiqat Mərkəzinin (TESPAM) direktoru Oğuzhan Akyener Yenicag.ru-ya açıqlamasında “Tüpraş”ın İrandan neft idxalının azaltması və bu çərçivədə situasiyanın mümkün inkişafını dəyərləndirib.

Ekspert bildirib ki, “Tüpraş”ın İrandan neft idxalını azaltması heç də bu ölkəyə qarşı tətbiq olunan sanksiyalarla əlaqədar deyil:
“İrandan neft idxalının qısa müddət üçün azaldılmazı İslam Respublikasından neft alışının dayandırılması anlamına gəlməməlidir. Məncə, bu, ilk növbədə Türkiyənin rezervuarlarında neft ehtiyatlarının artması ilə bağlıdır. Yəni rezervuarlarda neft ehtiyatı müəyyən səviyyəyə çatdıqda, idxalçı şirkət neft alışını azaldır”.

Akyener onu da vurğulayıb ki, “Tüpraş” özəl şirkətdir və öz qərarlarını müstəqil surətdə qəbul edir:
“Xaricdən neft idxalını artırmaq, yaxud da azaltmaq “Tüpraş”ın daxili işidir və bu məsələ şirkətin sahiblərinin qərarı ilə tənzimlənir. Burada əsas məsələ şirkətin qazancı və enerji siyasətidir ki, dövlət o məsələlərə qarışmır.
Sırf iqtisadi aspektdən belə düşünürəm ki, “Tüpraş” İrandan neft idxalını azaltsa da, o ölkədən neft alışını tam dayandırması mümkün deyil. Eyni zamanda, İrandan neft idxalının artırılacağını gözləmək də doğru olmazdı. Çünki bazarda məhsul bolluğudur”.

www.yenicag.az

2570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv