Reklam

Reklam

Seyran-Ohanyan-3-rd-BKErmənistanın müdafiə naziri Seyran Ohanyan yeni hökumətin tərkibində yer almayacaq.

AzVision.az erməni KİV-nə istinadən xəbər ki, hazırda bu vəzifəyə əsas namizəd qondarma “DQR-in müdafiə naziri” Levon Mnaçakanyan göstərilir.

Erməni jurnalistlər prezident Serj Sarkisyanın müşaviri, Ermənistanın baş hərbi müfəttişi Mikael Arutunyandan Mnaçakanyanın müdafiə nazir postuna gətirilməsi barədə fikir öyrəniblər.

“Prezidentin qərarını gözləyin. Həmin vaxt kimin nazir olub-olmayacağı deyiləcək”, – deyə Arutunyan bildirib.

“Bu vəziyə adam təyin edərkən silahlı qüvvələrdə yüksək vəzifə tutan birinin fikri öyrənilmirmi?“ sualına Arutunyan belə cavab verib: “Siyasi qərar olacaq, təyin edəcəklər”.

Qeyd edək ki, Qarabağda dördgünlük aprel döyüşləri zamanı Levon Mnaçakanyanın fəaliyyəti tənqid olunmuşdu. Hətta, onun aprel döyüşlərindəki uğursuzluğa görə istefaya göndəriləcəyi bildirilirdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."