“Ermənistanın hazırkı siyasəti davamlı ola bilməz, bunun cəzasını çəkəcək”.
Bu fikirləri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri liderlərinin görüşü ilə Ermənistanın üçtərəfli görüşdən yayınması haqqında danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.
Yusif Bağırzadə bildirib ki, Rusiya Ukraynada etdiklərinin ağır nəticələri ilə üzələşəcək:
“Sankt-Peterburq görüşü ənəvəvidir. Hər ilin sonunda belə bir toplantı olur. Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüşün keçiriləcəyi barədə iddialar vardı. Bu söhbətlər təkzib olunurdu. Azərbaycan rəsmiləri əvvəlcədən bildirdilər ki, belə bir görüş olmayacaq.
Münasibətlər MDB səviyyəsində həll olunmur. Bunun üçün başqa platformalar var. Azərbaycan Ermənistanla danışıqların baş tutmasında maraqlıdır. Ermənistan mətbuatı yazır ki, Paşinyan üçtərəfli bəyanatdan başqa hansısa öhdəliklər götürüb. Həmin öhdəlikləri də yerinə yetirməlidir.
MDB dövlət başçılarından öncə KTMT-nin toplantısı oldu. Ermənistan bu bəyanata imza atmadı. Bundan başqa, XİN rəhbərləri səviyyəsində görüşün olacağına dair anons verilmişdi. Bu da olmadı.
Rusiya istəyər ki, MDB məkanında imcini saxlasın. Bunun üçün də Qarabağ məsələsi əsas vasitədir. Burada da Ermənistan öhdəliyini yerinə yetirməlidir və ya Rusiya erməni tərəfini razı salmalıdır. Zəngəzur dəhlizi açılmalıdır, silahlılar Qarabağdan çıxarılmalıdır, sərhədlər tanınmalıdır.
Ermənistanın hazırkı siyasəti belə davam edə bilməz, bu, davamlı ola bilməz. Ermənistan bunun cəzasını çəkəcək. Elə Rusiya da Ukraynada etdiklərinin ağır nəticələri ilə üzləşəcək”.
Səxavət Məmməd