Okeanın o tayından “ucuz neft” XƏBƏRDARLIĞI: “Xarici faktorların manatın məzənnəsinə təsiri…”

“Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi istər-istəməz manatın dəyərinə da təsir göstərir”.

Bu fikirləri ABŞ-da seçki kampaniyasının vüsət alması fonunda prezidentliyə iddialılarının dünya bazarında neftin qiymətinin ucuzlaşması istiqamətində addımların atılacağı ilə bağlı xəbərdarlıqlarını dəyərləndirən iqtisadçı Ruslan Atakişiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici faktorların manatın məzənnəsinə təsiri Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır və uyğun tədbirlər görülür:

“ABŞ-da seçki prosesinə qatılan potensial namizədlərin bir çoxu neftin qiymətinin ucuzlaşması istiqamətində addımların atılacağı ilə bağlı vədlərlə çıxış edirlər.

Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da seçki prosesinin indiki mərhələsində bu və başqa vədlərin səsləndirilməsi təbiidir. Çünki onların arasından prezident seçiləcək iddialının həmin vədlərin hər birini yerinə yetirəcəyi gözlənilmir.

Ancaq indiki vəziyyətdə bu məslənin aktuallıq qazanacağını düşünmürəm. Hər halda, 2025-ci ilə qədər qlobal və regional şəraitin mümkün dəyişkənliyi fonunda bunu indidən qiymətləndirməyə və ciddiyə almağa ehtiyac yoxdur.

Təbii ki, dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi istər-istəməz manatın dəyərinə da təsir göstərir. Ancaq xarici faktorların manatın məzənnəsinə təsiri Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır və uyğun tədbirlər görülür”.

Nuray Məmmədzadə

COP29