Oksana niyə bu evliliyi hər kəsdən gizlədibmiş? – Şəhriyardan AÇIQLAMA

Aparıcı Şəhriyar Əbilovla rəqqasə Oksana Rəsulova 4 ildir ailəli olmağına baxmayaraq, bu izdivacı gizli saxlayıblar.

Yenicag. az-a açıqlamasənda, “Nədən bu izdivacı indiyə qədər hər kəsdən gizlin saxlamısınız?” – sualına aydınlıq gətirən Şəhriyar səbəbi belə izah edib:

“Çox xahiş edirəm, məndən heç nə soruşmayın. Əvvəldən söz vermişəm, bu barədə heç bir kəlmə də danışan deyiləm. Şəxsi həyat öz yerindədir, müzakirəyə çıxarılmır. Hamının bildiyi bir mövzu var, o mövzuda da qalıram”.

Qeyd edək ki, Oksana ilə Şəhriyarın sevgi münasibətləri 2017-ci ildə çəkilən “Lal yuxu” filmində başlayıb, bu münasibət evliliklə nəticələnib.

Cütlüyün Osman adlı bir oğul övladı var.

Cəvahir