!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oksana onu təhqir edənlərin cavabını belə verdi - FOTO

!Reklam – Yazi

Rəqqasə Oksana Rəsulovanın süni mayalanma yolu ilə hamilə qalması xəbəri bir çox məşhurların qalmaqallı açıqlamalarına səbəb olub.

Aparıcı İlqar Mikayıloğlunun “Kminləsə yatır, adını qoyur ki, süni mayalanma etdirmişəm” stutusu ilə rəqqasəyə söz atıb. Prodüser Tolik isə əksinə, onu qınayaraq, Oksananın müdafiəsinə qalxıb:

“Bu, dünyada var. Nə Oksana Rəsulova Filip Kirkorovdan böyük insandır, nə də ki Ronaldodan. Amma bir insan əgər belə yaşamaq istəyirsə, etsin. Bu xanım da fikirləşdi ki, “mən bir dəfə Elşad Xose ilə ailə qurdum, övladım olmadı. İndi mən istəmirəm kiminləsə ailə qurum. Həyatımı övladıma həvalə etmək, süni mayalanma ilə övlad dünyaya gətirmək istəyirəm”. Bunu niyə qınaq obyektinə çevirib, reklam qazanırsınız ki, özünüzə?”

Məsələyə aydınlıq gətirmək üçün Oksana ilə əlaqə saxladıq. Xaricdə olduğunu deyən müğənni bununla bağlı Yenicag.az-ın sualları cavablandırmaqdan imtina etdi: “Məni narahat etməyin, danışmaq istəmirəm”.

Rəqqasə İnstaqram səhifəsində paylaşdığı foto ilə danışılanlara reaksiyasını bildirib. Belə ki, o, “Maşın şou”da qulağını qapadığı fotosunu paylaşıb. Bu isə o deməkdir ki, danışılanları eşitmirəm.

Cəvahir

www.yenicag.az

5959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv