“Qoy o könüllərinizin sahilləri arasında axan dəniz olsun”.
Yenicag.az xəbər verir ki, bu sözləri son illər yalnız aktrisa kimi fəaliyyət göstərən rəqqasə Oksana Rəsulova “Instagram” hesabındakı paylaşımında qeyd edib.
O, yeni fotosunu görkəmli yazıçı və tanınmış rəssam Cübranın məşhur kəlamı ilə paylaşıb:
“Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o könüllərinizin sahilləri arasında axan dəniz olsun”.
Sənətçinin paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Hətta bu paylaşıma görə aktrisanın yenidən aşiq olduğunu düşünənlər də az olmayıb.
Qeyd edək ki, Oksana Rəsulova 2022-ci ilin sentyabrında həyat yoldaşı Şəhriyar Əbilovdan boşanıb. Boşanan cütlüyün Osman adlı bir övladı var.
Həmin fotonu təqdim edirik.
Nehru