!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Oksanadan ŞOK QƏRAR: “Ər-arvad olmağa çalışdıq, amma...”

!Reklam – Yazi

Aktrisa Oksana Rəsulova tanınmış aparıcı və aktyor Şəhriyar Əbilovdan boşanıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Oksana Şəhriyarla evliliyə bir il əvvəl son verdiyini açıqlayıb:

“Dəyərli izləyicilər, sizinlə mühüm bir mövzunu paylaşmaq istəyirik. Bunu ona görə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusunuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çoxdur dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allaha şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər- arvad olmağa çalışdıq alınmadı. Bir il öncə qərara gəldik ki, kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun”.

Qeyd edək ki, cütlüyün Osman adlı bir övladı var.

Cəvahir

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv