Oktyabr ayı üzrə Azərbaycan üçün gündəlik neft hasilatı kvotası müəyyən edildi

Oktyabr ayı üzrə Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barreldir.

Yenicag.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz “Twitter” səhifəsində yazıb.

“OPEC+ ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara aldı. Azərbaycan üçün gündəlik kvota 717 min barreldir”, – nazir qeyd edib.