Olaf Şolts koronavirusa yoluxdu

Almaniya Kansleri Olaf Şolts yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Kansleri “X” hesabında bildirib.

“Açığı, bu, məni sevindirən sürpriz deyil. COVID-19 testimin nəticəsi iki xətt göstərir. Simptomlar azdır, bunun mülayim olmasını gözləyirəm”, – Şolts bildirib.