Azərbaycanda özünə məxsus yeri olan “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzeti 21 yaşını qeyd edir.
Yenicag.az xəbər verir ki, bu mətbu orqan 1994-cü il aprel 24-dən fəaliyyətə başlayıb.
Olaylar.az Azərbaycan dilində on-line xəbər saytıdır. Saytda “Olaylar” İA-nın və “Olaylar” qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik təhlilləri yerləşdirilir.
İnformasiya Agentliyinin direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzdur.
SalamNews İnformasiya Agentliyi bu münasibətlə öz həmkarlarını təbrik edir!