!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Olduğunuzdan daha gənc görünməyin yolları

!Reklam – Yazi

Almaniyadan olan məşhur kardioloq Martin Galle yaşından daha gənc görünməyin yollarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, alim, bunun üçün ilk növbədə siqaret və içki içməkdən imtina etməyi lazım bilir.

Həkim bildirib ki, bu, nəinki vaxtından əvvəl ölüm hallarının sayını artırır, eyni zamanda bütün orqan sistemlərinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

Nikotin qan damarlarını və ağciyərləri zədələyir, buna görə oksigen bədənə daha az miqdarda daxil olur. Bu, hüceyrələrin qocalmasının daha aktiv olmasına səbəb olur.

Tez yaşlanmanın genetik səbəbləri yalnız 10 faiz təşkil edir. Bütün digər hallar birbaşa insanın həyat tərzi ilə əlaqəlidir. Gəncliyindən içki içməyən, siqaret çəkməyənlərdə ürək xəstəlikləri və sinir pozğunluqları riski minimuma enir.

Erkən yaşlanmaya təsir edən əsas amillərdən biri artıq çəki, tez-tez stress keçirmək, yüksək təzyiq, hərəkətsizlik, yuxu pozğunluğu və şəkərli diabetdir.

Bununla yanaşı, mütəxəssis, həkimlər tərəfindən qəbul edilən dozalarda spirtli içki içməyi də tövsiyə edib. (e-tibb.az)

www.yenicag.az

2995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv