Öldürdükləri qızın ətini yedilər

Cənubi Afrikada 4 nəfər öldürdükləri gənc qızın ətini yeyiblər.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Kvazulu-Natal əyalətinin Rensburqdrift bölgəsində baş verib.

Yerli polisin verdiyi məlumata görə, cinayətə görə Nino Mbatha, Sthembiso Sithole, Lindokuhle Masando və

Lunqisani Maqubane həbs olunub.

Qeyd edək ki, saxlanılan şəxslər cinayətlərini etiraf ediblər.

Yenicag.az