Öldürülən 16 yaşlı qızla bağlı yeni detallar – 6-cı sinifdə oxuyanda… – VİDEO

Ötən həftə Abşeron rayonu Hökməli qəsəbə sakini Murad Həsənov 16 yaşlı nişanlısı Həsrət Rəcəbovanı xüsusi amasızlıqla öldürüb.
Yenicag.az xəbər verir ki, qətli törədən Murad qohumu həsrətlə 2 il əvvəl nişanlanıb. Bir müddət əvvəl isə  qız nişanı qaytardığına görə tərəflər arasında dəfələrlə münaqişə yaşanıb.
İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elşad Rüstəm bildirib ki, 16 yaşı tamam olmamış qız yaşadığı evdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qeyd olunur ki, H. Rəcəbova 6-cı sinifdə təhsildən yayındırılıb və 14 yaşında nişanlanıb.
Prokurorun sözlərinə görə, azyaşlının məktəbdən yayınması ilə əlaqədar səhlənkarlığa yol vermiş vəzifəli şəxslər barədə tədbirlər görüləcək.
Ətraflı süjetdə: