!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öldürülən direktorun atası nələri danışdı?

!Reklam – Yazi

afil_bagirov_250116Yanvarın 8-də Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla öldürülən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qatilləri hələ də tapılmayıb.

Trend-ə danışan Q.Bağırovun atası Afil Bağırov qətl hadisəsilə bağlı bəzi məqamları açıqlayıb.

Mərhumun atası bildirib ki, qətl qarət məqsədi ilə törədilib, lakin evdə istədikləri məbləği əldə edə bilməyiblər. A.Bağırov əlavə edib ki, hadisə vaxtı qətli törədən şəxslərin tək olmadığı müəyyən edilib: “Qalibin əşyalarının əksəriyyəti aparılıb, evdə nə əllərinə keçibsə, aparıblar. Lazım olmayan əşyalar isə dağıdılıb. Təsəvvür edin ki, qətl hadisəsi törədiləndən sonra həmin şəxslər Qalibin təzə paltarlarını, papağını da aparıblar. Bundan başqa, onun mobil telefonu və noutbuku, planşetini, cibindən içərisində nəqd pul və pul kartları olan pulqabı da götürülüb”.

A.Bağırov deyir ki, evə basqın edən quldurlar Q.Bağırovu qətlə yetirəndən sonra həyətindəki avtomobili də qarət etmək istəyiblər. Lakin avtomobilin qapılarını aça bilmədikləri üçün maşını yararsız vəziyyətə salıb hadisə yerini tərk ediblər.

Q.Bağırovun ailəsindən ayrılması barədə də açıqlama verən A.Bağırov bunu ailədaxili münaqişə ilə əlaqələndirib və qətlin bu məsələ ilə bağlı heç bir bağlılığı olmadığını deyib: “Bəli, ailəsində baş verən söz-söhbətə görə Qalib bir müddət idi ki, ailəsindən ayrılmışdı. Ona görə də bağ evində tək yaşayırdı. Həyat yoldaşı onunla yola getmirdi, tez-tez mübahisələri olurdu. Ona görə Qalib ondan ayrılmaq qərarı vermişdi. Amma övladları ilə həmişə münasibəti var idi. Qətldən sonra da oğlanları həmişə bizimlə olub”.

İstintaqın gedişindən razi olduğunu deyən A.Bağırov qeyd etdi ki, istintaq orqanları qətl hadisəsinin açılması ilə bağlı bütün lazımi tədbirləri görür: “İstintaq orqanı əməkdaşları qətlin üstünün açılmasında çox maraqlıdır. Əllərindən gələni edirlər ki, qətli törədənlər tapılsın. İşin gedişatı barədə tez-tez bizə məlumat verirlər. Hadisə yerində qatillərin ayaq və əl izləri aşkarlanıb. İnanıram ki, toplanmış sübutlar əsasında yaxın vaxtlarda qatillər tapılacaq”.

Xatırladaq ki, Bakı Taxıl kombinatının direktoru, 1963-cü il təvəllüdlü Qalib Bağırov yanvarın 8-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivindəki bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. Q.Bağırovun meyitinin üzərində 8 bıçaq zərbəsi və boğulma əlamətləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Hələlik faktla bağlı dindirilmələr olsa da, hadisədə şübhəli şəxs qismində saxlanılan olmayıb.

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv