Öldürülən jurnalist haqqında son və sensasiyalı məlumat – Şahid yazır

11817115_872111266159125_626057179874951303_nTanınmış blogger Mehman Hüseynov öldürülən jurnalist Rasim Əliyevlə bağlı status yazıb. Yenicag.az həmin status olduğu kimi təqdim edir:

Qətlə yetirilən jurnalist mənim çox yaxın dostumdur, həmkarımdı 6 ildi bir yerdə işləmişik. Döyülən kimi xəstəxanadan mənə zəng edib bildirmişdiki bütün jurnalistlərə yayım bu xəbəri, elə də elədim.

Gündüz vaxtı onun yanına gedə bilmədim ona görə onun yanına gecə i saat 12 yarısı getmişəm. Uzanmışdı palatada yanında da uşaqlıq dostu…. Rasimdən hadisə ilə bağlı son məlumatları aldım.

Rasim bildirib: “Son statusla bağılı Cavid zəng eləmişdi mənə danışdıq vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng elədi və dedi “Sən Cavidlə indi danışdın noldu razılığa gəldiz? Rasim bildirdiki bəli söhbət elədik razılaşdıq. Onda həmin o .şəxs deyir ki gəl bir görüşək çay içək. Görüşürlər Bayılda 4-5 nəfər onu təkləyib dpyürlər və telefonla koşılekunu özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür. Rasim danışır. “Gün ərzində futbolçu Cavid Hüseynov və Qəbələ fk meneci yanıma gəlmişdilər ziyarətə. Bildirdilər ki keçmiş olsun amma mənim xəbərim yoxdu kim idi zəng edən. Onda Rasim Cavidə deyir “Bəs o şəxs hardan bildiki 1 dəqiqə əvvəl səninlə danışmışam? Deməli adam sənin tanışındı və bilirdiki Səninlə danışdım. Cavid onda bildirir ki sən sağal məsələni həll edərik. Nə lazımdı edərik. Bu zaman içəri polis müstəntiqi girir Cavid və menecerləri polisi görüb uzaqlaşırlar.

Rasimin dostu bugün mənə danışır:

“Meneceri dünən saxladım söhbət elədim, bildirdim ki, “İndi adam döyülər də, söyülər də, onu qoyuruq kənara, amma kişiliyiniz olsun, Rasimin telefonunu ve kaşılekunu qaytarın. Meneceri deyir ki, 1 saatdan sonra mənimlə əlaqə saxla. Gecə vaxtı onunla əlaqə saxlayır. O özünü menecer adlandıran şəxs deyir ki, telefonu və koşılek məndədi, bəs gece birin yarısı Sirkin yanında görüşək, qaytarım”.

Elə gecə 12.00 idi. Mən Rasim və dostu idik palatada. Birdən dostu dedi ki, Rasim mən getməliyəm evə. Bəlkə bir azdan gəldim (əslində isə görüşə gedir, telefonunu və koşılekunu almağa”)…

Məndə Rasimlə söhbətləşdim, hətta Rasim bu vəziyyətdə belə zaraf elədi.  Deyirdi ki “Qəbələ-Ponatinaykos” oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək)….Saat 1-ə yaxınlaşırdı Rasim bildirdi ki, evdəkilər ilə danışmalıyam bəs konturum yoxdu. Dedim onsuzda gedirəm evə, sənə indi kontur göndərərəm. Çıxıb gedirəm……1 saatdan sonra Rasimin dostu zəng edir ki, bəs xəstəxanaydam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhəh görüşdük soruşuram ki, bəs görüşdün meneceri ilə? Dedi yox, o vaxtdan nə menecerlərinə zəng çatır nə vitse-prezidentlərinə, nə də heç kimə. 1 gün ərzində telefonu söndürüblər” .

Səhər isə Rasimi itirdik. Allah rəhmət eləsin!”